...

Azərbaycan Turizm İnstitutu turizm bazarı iştirakçıları ilə əməkdaşlığı genişləndirmək fikrindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Turizm İnstitutu turizm sənayesi bazarı iştirakçıları ilə daha sıx işləmək üçün ali məktəb yanında xüsusi struktur yaratmaq fikrindədir. Bu barədə institutun rektoru Cəfər Cəfərov bildirib.

"Biz indi də turizm şirkətləri ilə çalışırıq, lakin bu əlaqələrin səviyyəsindən o qədər də razı deyilik", - Cəfərov bildirib.

Onun sözlərinə görə, yeni strukturun əsas vəzifəsi turizm şirkətləri və turizm obyektləri rəhbərlərinin bu sahədəki real problemlərin müzakirəsinə fəal cəlb edilməsidir ki, bu da bazarın real tələblərini nəzərə almaqla tədris proqramında dəyişikliklər etməyə imkan verəcək.

Cəfərovun sözlərinə görə, hazırda institut Azərbaycan Turizm Assosiasiyası ilə tələbələrin yerli şirkət və otellərə təcrübəyə göndərilmələri üçün belə iş aparır.

"Biz tələbələrimizi lazımi səviyyədə xidmət göstərməyən şirkət və obyektlərə göndərmək istəmirik. Gələcəkdə bu işi artıq hazırlanmış tələbələrimizin göndərilməsi üçün bizə şirkət və obyektlər tövsiyə edəcək assosiasiyanın xətti ilə aparmağı planlaşdırırıq", - Cəfərov bildirib.

İnstitutun rektoru onu da qeyd edib ki, yalnız bazarın peşəkar iştirakçıları ilə əməkdaşlıq ali məktəb məzunlarının məşğulluq problemini həll edəcək.

İnstitut 2006-cı il fevrfalın 13-də Turizm Nazirliyi yanında yaradılıb. İnstitutda bir fakultə və yeddi kafedra fəaliyyət göstərir.Təhsil aşağıdakı ixtisaslar üzrə aparılır - turizm və istirahət menecmenti, turizm və qonaqpərvərlik menecmenti, sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili, sağlamlıq və kurort, turizm mədəniyyəti və incəsənət, idman turizmi, linqvistika.

Xəbər lenti

Xəbər lenti