...

Novruz bayramı ərəfəsində Bakıda məhsulların satışı üzrə yarmarkalar təşkil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 12:30 (UTC +04:00)
İstehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, eləcə də Novruz Bayramı ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi məqsədilə paytaxtın 24 yerində satış yarmarkaları təşkil edilib.
Novruz bayramı ərəfəsində Bakıda məhsulların satışı üzrə yarmarkalar təşkil edilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.İsmayılova/

İstehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, eləcə də Novruz Bayramı ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi məqsədilə paytaxtın 24 yerində satış yarmarkaları təşkil edilib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Yarmarkalar İqtisadi İnkişaf Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılıb.

Həftənin bütün günlərində keçirilən bu yarmarkalarda istehlakçılara geniş çeşiddə kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunur.

Yarmarkalarda satışın təşkilinə və qiymətlərə mütəmadi nəzarət edilir.

Xəbər lenti

Xəbər lenti