...

Azərbaycan üçün prioritet məsələ iqtisadi inkişafın yeni modelinin müəyyənləşdirilməsidir - Mərkəzi Bankın sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 19:30 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilən "Azərbaycan günləri" çərçivəsində ABŞ-ın məşhur təhsil ocaqlarından olan Corctaun Universitetində "Azərbaycanın iqtisadi modernizasiyası və post-böhran dövrü: çağırışlar və strategiyalar" mövzusunda təqdimatla çıxış edib.
Azərbaycan üçün prioritet məsələ iqtisadi inkişafın yeni modelinin müəyyənləşdirilməsidir - Mərkəzi Bankın sədri

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.ismayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilən "Azərbaycan günləri" çərçivəsində ABŞ-ın məşhur təhsil ocaqlarından olan Corctaun Universitetində "Azərbaycanın iqtisadi modernizasiyası və post-böhran dövrü: çağırışlar və strategiyalar" mövzusunda təqdimatla çıxış edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin məlumatında deyilir.

Təqdimat çərçivəsində iştirakçılara Azərbaycan haqqında ümumi informasiya, ölkədə aparılan islahatlar və əldə olunan tərəqqi, qlobal böhrana qarşı dayanıqlılıq, post-böhran dövrünün çağırışları, maliyyə sabitliyi, pul siyasəti və yeni iqtisadi strategiyalar barədə ətraflı məlumatlar verilib.

Qeyd edilib ki, qlobal böhran başlamamışdan öncə ölkədə baş vermiş yüksək inkişaf, preventiv ehtiyatlanma tədbirləri və formalaşdırılmış təhlükəsizlik yastığı böhranın təsirlərinin neytrallaşdırılmasında mühüm rol oynayıb. Bununla belə, qlobal böhranın aktiv fazasında da hökumət və Mərkəzi Bank effektiv antiböhran tədbirləri görə biliblər. Nəticədə qlobal böhranın baş verdiyi illərdə də Azərbaycan inkişafını davam etdirib və dayanıqlığını qoruyub. Eyni zamanda, Azərbaycanın beynəlxalq imici daha da yaxşılaşıb.

Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir strateji məqsəd dayanır: ölkənin qazandığı inkişaf templərini qorumaq və yuxarı gəlirli ölkələr qrupuna daxil olmasını təmin etmək.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta sahibkarlığın rolunun artırılması ilə bağlı təşəbbüs irəli sürüb. Bu strategiyanın həyata keçirilməsi üçün prioritet məsələ iqtisadi inkişafın yeni modelinin müəyyənləşdirilməsidir", - Rüstəmov qeyd edib.

Xəbər lenti

Xəbər lenti