...

Azərbaycanın sığorta şirkəti 2010-cu ildə investisiya qoyuluşlarından təxminən 300 min manat qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ilin fəaliyyət yekunları üzrə Azərbaycanın sığorta şirkəti "Alfa Sığorta" ASC-nin aktivləri ilin əvvəlindəki 3,565 milyon manata nisbətdə 5,572 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

Şirkətin maliyyə hesabatının auditi G&A tərəfindən aparılıb.

Bu müddət ərzində şirkətin uzunmüddətli aktivləri 1,755 milyon manat, qısamüddətli aktivləri isə 3,797 milyon manat təşkil edib. Ötən il şirkətin depozit hesabları 2,689 3,21 milyon manat, valyuta hesabları 37,989 min manat olub.

İlin sonunda şirkətin məcmu kapitalı 2,413 milyon manatdan 3,919 milyon manata yüksəlib. Şirkətin ödənilmiş nizamnamə kapitalı ilin sonuna 3,1 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəlində 1,7 milyon manat olub. Şirkətin bölüşdürülməyən gəliri 819,5 min manat, xalis gəliri 506,081 min manat olub. Ötən il şirkətin kapitallaşdırılmasına yönələn gəlirin bir qismi 500 min manat təşkil edib.

Şirkətin uzunmüddətli öhdəlikləri 1,646 milyon manat, qısamüddətli öhdəlikləri isə 6,869 min manat olub. Kapital və öhdəliklər ümumilikdə 5,572 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 2,23 milyon manat, o cümlədən sığorta üzrə 2,308 milyon manat, təkrar sığorta üzrə 16,187 min manat təşkil edib. Şirkətin investisiya qoyuluşları üzrə gəlirləri 292,039 min manat olub.

2010-cu ildə şirkətin xərcləri 1,723 milyon manat, o cümlədən sığorta ödənişləri üzrə 287,677 min manat, təkrar sığorta ödənişləri üzrə 313,513 min manat təşkil edib.

"Alfa Sığorta" ASC-nin təsisçisi 2006-cı ilin dekabrında şirkətin 100 faizlik səhmlərini alan "Texnikabank" ASC-dir. "Alfa Sığorta"nın altı icbari, 24 könüllü olmaqla, 30 növ sığorta xidməti göstərmək hüququ var.

Martın 30-na olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti