...

Azərbaycanın sığorta şirkətinin aktivləri il ərzində 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə fəaliyyətinin yekunları üzrə Azərbaycanın sığorta şirkəti "Bakı Sığorta"nın aktivləri ilin əvvəlindəki 9,911 milyon manata nisbətdə 11,9 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

İl ərzində şirkətin uzunmüddətli aktivləri 1,689 milyon manat, qısamüddətli aktivləri isə 10,21 milyon manat təşkil edib.

Ötən il ərzində şirkətin məcmu kapitalı 4,377 milyon manatdan 5,827 milyon manatadək artıb. "Bakı Sığorta"nın nizamnamə kapitalı 2,2 dəfə artaraq 4,377 milyon manat olub.

Şirkətin uzunmüddətli öhdəlikləri 6,072 milyon manat, qısamüddətli - 228 manat, ümumilikdə kapital və öhdəlikləri 11,9 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 5,557 milyon manat, o cümlədən sığorta ödənişləri - 2,473 milyon manat, təkrar sığorta - 121,969 min manat olub. İnvestisiya yatırımlarından gəlirlər 662,538 min manat təşkil edib.

2010-cu il ərzində "Bakı Sığorta"nın xərcləri 4,23 milyon manat, o cümlədən sığorta ödənişləri 1,362 milyon manat, təkrar sığorta ödənişləri 903,457 min manat olub.

Ötən ilin yekunları üzrə şirkətin maliyyə mənfəəti 1,326 milyon manat, xalis mənfəəti 1,272 milyon manat təşkil edib.

"Bakı Sığorta" ASC 28 avqust 2007-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Nəzarət paketi "Bank Respublika" ASC-yə məxsusdur. "Bakı Sığorta" bank tərəfindən nəzarət paketinin (səhmlərin 50 faizindən çoxu) "Tural Sığorta" şirkətindən alınması yolu ilə yaradılıb. Yenilənmiş şirkətin səhmlərinin yerdə qalan hissəsi digər fiziki şəxslər arasında bölüşdürülüb.

Martın 30-na olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti