Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/
Gəncə şəhər Mənzil-Kommunal Təsərüfatı (MKT) İstehsalat Birliyi 2011-ci ildə şəhərin abadlaşdırılması üzrə işlərə dair tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının bazar ertəsi rəsmi mətbuatda çap olunan məlumatında deyilir.
Tenderdə iştirakın dəyəri 200 manat təşkil edir.
Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlərin təqdim edilməsi vacibdir: yazılı müraciət, notarius tərəfindən təsdiqlənmiş tam adı, hüquqi statusu, tenderdə iştirak haqqı barədə bank sənədi, icbari ödənişlər üzrə borcun olmadığı haqqında vergi orqanlarından arayış, vergi orqanları tərəfindən təsdiqlənmiş fəaliyyətin son ili üzrə maliyyə hesabatglılığı, tender təklifləri, tender təklifinin dəyərinin iki faizi həcmində bank zəmanəti, texniki imkanlar haqqında arayışdan ibarət hüquqi sənədlərin surətləri.
Tenderdə iştirak etmək üçün sənədlər 9 may saat 17:00-dək, tender təklifləri isə 16 may saat 18:00-dək Gəncə şəhəri MKT-yə təqdim olunmalıdır.
Tender təkliflərinin açılışı mayın 17-də saat 15:00-da Gəncədə Heydər Əliyev meydanında yerləşən MKT binasında keçiriləcək.