...

Azərbaycan bankı "AtaBank" "Rhythm of the soul" konsertinin sponsoru olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2011 17:16 (UTC +04:00)
"AtaBank" ASC-nin sponsorluğu ilə 2 aprel 2011-ci il tarixində Bakı Caz Mərkəzində "Rhythm of the soul" adlı qeyri-adi konsert keçirilib.
Azərbaycan bankı "AtaBank" "Rhythm of the soul" konsertinin sponsoru olub

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"AtaBank" ASC-nin sponsorluğu ilə 2 aprel 2011-ci il tarixində Bakı Caz Mərkəzində "Rhythm of the soul" adlı qeyri-adi konsert keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

"Ruhun ritmi" - bu vaxta qədər Azərbaycanda olmayan, caz və hip-hop kimi iki cərəyanın birləşə biləcəyi barədə heç kimin eşitmədiyi və təsəvvür etmədiyi bir layihədir.

"Ruhun ritmi" gecəsinin proqramında Teymur Süleymanbəylinin rəhbərlik etdiyi qrupun, gənc və istedadlı müğənni Diana Hacıyevanın, "R&B-soul" janrında debütünü edən müğənni Afa Abdullayevanın, bek-vokal Rəna Nəcəfinin, həmçinin, digər tanınmış musiqiçilərin ifalarında məşhur əsərlərin remiksləri səslənib. Həqiqətən də sehirli "Ruhun ritmi" gecəsində gənc müğənnilərin ifasında JazzHop və Regi kimi musiqi cərəyanlarına məxsus əsərlər də ifa olunub.

İfalar arasındakı fasilələrdə "AtaBank" ASC-dən 50 və 100 manat məbləğində uduş kuponları olan lotereya oynanılıb ki, bu da müvafiq olaraq "AtaBank"ın yeni eksklüziv məhsulları olan VISA Electron Aroma Lemon və VISA Classic Aroma Coffee kartlarına əlavə edilib.

"AtaBank" VISA Inc. beynəlxalq ödəmə sistemi ilə birgə Cənubi Qafqazda ətirli ödəniş kartları - müvafiq olaraq limon və qəhvə ətirli VISA Electron Aroma Lemon və VISA Classic Aroma Coffee kartlarını təqdim edir.

"Bütövlükdə, biz musiqisevərlər tərəfindən "bravo" ilə qəbul edilmiş caz və hip-hop janrında keçirilən ilk layihəmizdən çox razıyıq. Ümid edirik ki, gələcəkdə də doğma şəhərimizdə bu cür tədbirlərlə tamaşaçılarımızı sevindirəcəyik", - layihənin təşkilatçılarından biri olan Sərxan Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti