...

Aİ ilə birgə layihə Azərbaycanın vergi sisteminin inkişafına töhfə verəcək - nümayəndəlik rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 13:21 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqının əməkdaşlığı bütün sahələrdə inkişaf edir. Trend-in məlumatına görə, bu fikir Avrop İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya məxsusdur.
Aİ ilə birgə layihə Azərbaycanın vergi sisteminin inkişafına töhfə verəcək - nümayəndəlik rəhbəri

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir V.Javoronkova/

Azərbaycan və Avropa İttifaqının əməkdaşlığı bütün sahələrdə inkişaf edir. Trend-in məlumatına görə, bu fikir Avrop İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya məxsusdur.

"Güman edirəm ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq təkcə ənənəvi sahələrdə deyil, bütün sahələrdə uğurla inkişaf edir", - Kobia cümə axşamı jurnalistlərə "Azərbaycan Vergilər Nazirliyinə elektron audit sisteminin yaradılması sahəsində dəstəyin göstərilməsi" tvininq layihəsinin təqdimatında bildirib.

Onun sözlərinə görə, Aİ və Azərbaycan əməkdaşlıq sahəsinin genişləndiirlməsi üzərində işləyirlər. Bu, Azərbaycan və onun vətəndaşlarına fayda verə bilər və bu layihə də təkcə Azərbaycanın vergi sisteminin inkişafına deyil, həm də biznesin aparılması üçün Azərbaycanın cəlbediciliyinin inkişafına töhfə verəcək.

"Layihənin təşəbbüskarı Azərbaycan Vergilər Nazirliyi və şəxsən vergilər naziri Fazil Məmmədovdur", - Kobia qeyd edib.

Onun sözlərinə görə, Aİ bu layihənin Avropa İttifaqının üzv dövləti Niderlandın iştirakı ilə maliyyələşdirilməsinə və texniki yardımın göstərilməsinə sadiq qalır.

Azərbaycan Vergilər Nazirliyi təkcə vergiqoyma sahəsində deyil, vergilərin tutulması sahəsində, xüsusilə islahatların aparılmasının planlaşdırıldığı elektron audit sistemi məsələsində islahatları həmişə fəal surətdə dəstəkləyir. Aİ nümayəndəliyinin rəhbəri belə hesab edir.

"Güman edirəm ki, bu, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir", - o vurğulayıb.

Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və müqavilənin dəyəri bir milyon avrodur. Bu layihəyə 6 komponent daxildir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanamsı, lazımi proqram təminatının seçilməsi, elektron audit üçün məlumat bazasının yaradılması, metodologiyanın hazırlanması və auditorlar üçün terninqlərin keçirilməsi, orta və iri sahibkarlar tərəfindən tətbiq edilən elektron mühasibatın tətbiqi təcrübəsinin inkişafı, Azərbaycanda elektron audit sisteminin tətbiqi.

Hər bir komponent beynəlxalq ekspertlər cəlb edilməklə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti