...

Azərbaycanda işəgötürənlərin əməyin mühafizəsi üzrə xərcləri 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2011 13:17 (UTC +04:00)
Azərbaycanda işəgötürənlərin əməyin mühafizəsinə ayırdıqları xərclər 2010-cu ildə ümulikdə 15 faiz artıb.
Azərbaycanda işəgötürənlərin əməyin mühafizəsi üzrə xərcləri 15 faiz artıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda işəgötürənlərin əməyin mühafizəsinə ayırdıqları vəsaitlər 2010-cu ildə ümulikdə 15 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, bir işçinin əməyinin mühafizəsinə düşən vəsaitlər 25 faiz artıb.

"Çox maraqlıdır ki, işəgötürənlər əməyin mühafizəsinə ayrılan vəsaitləri artırmağa çalışırlar", - Mehbalıyev qeyd edib.

"Tikinti, energetika sahələrində ölüm hallarına təsadüf edilməsi bizi narahat edir. Belə halların qarşısını almaq üçün profilaktik işlər aparırıq", - Mehbalıyev qeyd edib.

Onun sözlərinə görə, hər bir müəssisədə əməyin mühafizəsi üzrə mütəxəssislər işləməlidirlər. Onlar hər gün işçiləri təlimatlandırmalıdırlar.

"Bu məqsədlə təşkilatımızda belə mütəxəssislərin hazırlanması üçün seminarlar keçirilir. Hər il 100 nəfərə yaxın şəxs bu sahədə təlimatlandırılır", - Mehbalıyev əlavə edib.

Onun sözlərinə görə, AHİK-ə ildə 160 minə yaxın şikayət və müraciət daxil olur.

"Bunlar əsasən işçilərin işdən qanunsuz qovulmasına, pensiyaların düzgün hesablanmamasına, əməkhaqqının vaxtında verilməməsinə, işçiyə dəyən ziyanın ödənilməməsinə aid olur", - Mehbalıyev qeyd edib.

Onun sözlərinə görə, bu müraciətlərdən sonra AHİK-in köməyi ilə 200-dən çox işçi öz iş yerinə qaytarılıb.

Xəbər lenti

Xəbər lenti