...

"DəmirBank" plastik kart sahiblərinə "PIN-Change" xidmətini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 12:00 (UTC +04:00)
"DəmirBank" plastik kart sahiblərinə "PIN-Change" xidmətini təklif etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankdan bildirilib.
"DəmirBank" plastik kart sahiblərinə "PIN-Change" xidmətini təklif edir

Azərbaycan, Bakı, 11 may /Trend/

"DəmirBank" plastik kart sahiblərinə "PIN-Change" xidmətini təklif etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankdan bildirilib.

Yeni xidmət plastik kart sahiblərinə kartın PİN şifrəsini istəklərinə uyğun yeni şifrə ilə əvəz etmək imkanı verir. Bankın müştəriləri PİN kodlarını "DəmirBank"ın bankomatları vasitəsi dəyişə bilər. Bunun üçün bankomatın menyusunda müvafiq əməliyyatı seçmək lazımdır.

"DəmirBank" hazırda plastik kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyalarını həyata keçirir. "5 manata" kampaniyasına əsasən, müştəri 5 manat ödəməklə plastik kart əldə edə bilər və bu halda ilkin ödəniş tələb edilmir. "Pulsuz" kampaniyası üzrə müştəri kartı pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına ilkin mədaxil etməlidir. "DəmirBank" həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart" proqramını da həyata keçirir.

"DəmirBank" müştəri məmnuniyyətinin artırılması üçün müxtəlif işləri davam etdirir. Yeni xidmətdən istifadə etməklə plastik kart sahibləri şəxsən təyin etdikləri PİN kodu rahatlıqla istifadə edə biləcəklər. Biz plastik kart müştərilərimiz üçün hazırda daha bir kampaniya hazırlayırıq və bu barədə yaxın vaxtlarda əlavə məlumat veriləcək", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-bankçılıq, İnternet-bankçılıq və Telefon-bankçılıq xidmətləri, kartlarla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel televiziyası ödənişləri və sair xidmətlər təqdim edir.

"DəmirBank"ın kart sahibləri "İl Boyu Endirimlər" proqramı üzrə ölkənin ticarət və xidmət mərkəzlərində endirimlər əldə edə bilər. "DəmirBank"ın plastik kartlarını Bankın filiallarında və saytının http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində On-layn sifariş etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti