...

Azərbaycan Sənaye Bankı "plastik kart istifadəçiləri üçün maarifləndirmə" layihəsi çərçivəsində növbəti görüşünü keçirmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 16:34 (UTC +04:00)
Azərbaycan Bank sektorunun ən fəal banklarından olan Azərbaycan Sənaye Bankı növbəti layihəsini həyata keçirmişdir. Bu dəfə Azərbaycan Sənaye Bankı ilə İmişli rayon icra hakimiyyəti ilə birlikdə "plastik kart istifadəçiləri üçün maarifləndirmə" tədbiri keçirmişdir. Bölgələrdə kənd təsərrüfatı sektorunun əsas dəstəkçisi Olan Azərbaycan Sənaye Bankının tədbirində 600-ə yaxın İmişli şəhər sakini iştirak edib.
Azərbaycan Sənaye Bankı "plastik kart istifadəçiləri üçün maarifləndirmə" layihəsi çərçivəsində növbəti görüşünü keçirmişdir

Azərbaycan Bank sektorunun ən fəal banklarından olan Azərbaycan Sənaye Bankı növbəti layihəsini həyata keçirmişdir. Bu dəfə Azərbaycan Sənaye Bankı ilə İmişli rayon icra hakimiyyəti ilə birlikdə "plastik kart istifadəçiləri üçün maarifləndirmə" tədbiri keçirmişdir. Bölgələrdə kənd təsərrüfatı sektorunun əsas dəstəkçisi Olan Azərbaycan Sənaye Bankının tədbirində 600-ə yaxın İmişli şəhər sakini iştirak edib.

Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev və Azərbaycan Sənaye Bankı İdarə Heyəti sədrinin müavini Cenk Bartın cənab Prezident İlham Əliyevin plastik kartlar və nağdsız əməliyyatların inkişafına ayırdığı diqqətdən, bu sahəyə olan dövlət qayğısından söz açdılar.

Daha sonra iştirakçılara ölkəmizdə və dünyada tətbiq edilən plastik kart növləri, debit və kredit kart xüsusiyyətləri, plastik kart təhlükəsizliyi, bankomatların işləmə mexanizmi ilə bağlı geniş seminar keçirildi.

Tədbirin sonunda ən aktiv iştirakçılara Fujitsu şirkəti tərəfindən foto-kameralar və notbuk hədiyyə edildi.

Azərbaycan Sənaye Bankı bundan sonrakı dövrdə də Azərbaycanda müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı üzrə dövlət proqramına əsasən maarifləndirmə tədbirlərini davam etdirəcəkdir.

Xəbər lenti

Xəbər lenti