...

Azərbaycan bankı "Kapital Bank" xüsusi güzəşt kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 16:20 (UTC +04:00)
Azərbaycan bankı "Kapital Bank" yay mövsümündə istirahət səfərləri ilə bağlı ödəniş kartlarına xüsusilə böyük ehtiyac duyan müştərilərini düşünərək, "Visa Gold" və "Visa Platinum" ödəmə kartları üzrə endirim kampaniyasına başlayır.
Azərbaycan bankı "Kapital Bank" xüsusi güzəşt kampaniyasına start verib

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan bankı "Kapital Bank" yay mövsümündə istirahət səfərləri ilə bağlı ödəniş kartlarına xüsusilə böyük ehtiyac duyan müştərilərini düşünərək, "Visa Gold" və "Visa Platinum" ödəmə kartları üzrə endirim kampaniyasına başlayır. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İyunun 1-dən sentyabr ayının 1-dək davam edəcək kampaniya dövründə Kapital Banka müraciət edən müştərilər, "Visa Gold" və "Visa Platinum" kartlarını 50 faiz güzəştlə əldə edə biləcəklər. Beləliklə, bu fürsəti qaçırmayanlar "Visa Gold" kartlarına 80 manat əvəzinə cəmi 40 manat, "Visa Platinum" kartlarına görə isə 100 manat deyil, cəmi 50 manat ödəyəcəklər.

Üstəlik, Kapital Bankın ödəniş kartlarından istifadəyə görə nə ilkin məbləğə, nə sığorta depozitinə, nə də hesabda minimal qalığın olmasına ehtiyac var. Endirim kampaniyasından faydalanmaq istəyən hər kəs 196 nömrəsinə zəng etməklə bankın Müştəri xidmətindən ətraflı məlumat ala və yaxud bankın internet səhifəsinə daxil olub kartları onlayn sifariş edə bilər.

Xəbər lenti

Xəbər lenti