...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi 13 dəfədən çox üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 19:24 (UTC +04:00)
Ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələbat təklifi 13 dəfədən çox üstələyib.
Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi 13 dəfədən çox üstələyib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələbat təklifi 13 dəfədən çox üstələyib. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Cümə axşamı BFB-də AİF-in 3 milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının emissiyasının növbəti hissəsi yerləşdirilib.

Sifarişlərin ümumi məbləği nominal üzrə 40,782 milyon manat təşkil edib. Satışa çıxarılan istiqrazların bütün həcmi tam yerləşdirilib. Sifarişlər cari qiymətdə 101,1333 faizlə təqdim edilib.

İstiqraz vərəqələrinin ödənilmə tarixi 11 dekabr 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi Azərbaycan Mərkəzi Bankı çıxış edir.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2010-cu il tarixində qeydə alınıb.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 41 milyon manatlıq istiqraz satılıb.

İndiyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş və 75 milyon manat məbləğində təmin edilməmiş iki emissiya yerləşdirib.

İyunun 2-nə olan rəsmi məzənnə 0,7893 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti