Azərbaycan, Bakı, 10 iyun /Trend/
"DəmirBank" plastik kart sahibləri Bakı Əyləncə Mərkəzində və Bakı Delfinariyasında "Kart sahiblərinə endirimlər" proqramı çərçivəsində endirimlər əldə ediblər. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Kart sahibləri Bakı Əyləncə Mərkəzində olan bütün xidmətlər üzrə (restoran-bar, sağlamlıq mərkəzi, fitnes və s.) 10%-lik endirimdən yararlana bilərlər.
Boulinq zalında iyunun 1-dən sentyabrın 1-dək 30%-lik endirim, qalan aylarda isə 10% endirim təqdim edilir. "Eliza" və "Lido" zallarında banket, ad günü, nişan, toy, korporativ tədbir keçirmək istəyən "DəmirBank" müştəriləri 25% həcmində endirim əldə edirlər.
"DəmirBank"ın plastik kart sahiblərinə Bakı Delfinariyasında da endirim təqdim edilir. Delfinariyaya giriş haqqı üçün 10%, delfinlərlə üzmək və digər prosedurlar üçün isə 15% endirim təklif olunur.
"DəmirBank" ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən 30 müxtəlif xidmət və ticarət şirkətləri DəmirBank-ın "Kart sahiblərinə endirimlər" layihəsinin üzvüdür. DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında Kart sahiblərinə endirimlər səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.
DəmirBank "5 manata kart" və "Pulsuz kart" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.