...

Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi sentyabrda işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 14:32 (UTC +04:00)
Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi sentyabrda işə salınacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı respublikanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi sentyabrda işə salınacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.İsmayılov/

Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi sentyabrda işə salınacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı respublikanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirliyin nümayəndəsinin bir müddət əvvəl dediyinə görə, Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması sisteminin dəyəri 77 milyon dollardan 100 milyon dollaradək artıb.

Bahalaşma onun əhatəsinin genişlənməsi, istiqamətlərinin artması ilə əlaqədardır.

Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılır. Bu işlər yol polisi və intellektual sistemin hazırlanması prosesində iştirak edən Cənubi Koreya mütəxəssisləri ilə birgə aparılır.

İntellektual sistem 150-yə yaxın yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti