...

7-ci "Səbət" market açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 18:37 (UTC +04:00)

Azeri Retail MMC Mərdəkan qəsəbəsində sayca 7-ci "Səbət" marketin açılışını məmnunluqla elan edir. Bizim məqsədimiz Azərbaycanda müasir pərakəndəçilik şəbəkəsi qurmaq, yüksək keyfiyyətli gündəlik tələbat məhsullarını yerli əhaliyə münasib qiymətlə təqdim etməkdir.

Dünən Xəzər rayonu Mərdəkan qəsəbəsində "Səbət" şəbəkəsinə aid 7-ci marketin açılşı olmuşdur. Bu, müasir və yüksək texnologiyalı, "optimal seçim" ifadəsilə xarakterizə olunabiləcək mağazadır. Rahat keçid imkanının təmin olunduğu, məhsulların əlverişli yerləşdirildiyi bu geniş mağaza artıq əhalinin ixtiyarındadır.

Açılışla bağlı olaraq,müxtəlif hədiyyələrlə yanaşı ilk 5 müştəriyə pulsuz bazarlıq kuponları təqdim olunmuşdur Yenicə istifadəyə verilmiş Atena Süd Zavodu alıcılara yeni məhsularını daddırmış, xüsusi təkliflər etmişdir.

Azeri Retail MMC -yə məxsus "Səbət" marketin açılışında qəsəbə əhalisi, istehsalçı və təchizatçı şirkətlərin nümayəndələri iştirak etmişlər.

Mağazanın açılışında iştirak edən, layihə rəhbəri Andrey Serqeyeviç Kalmıkov qonaqlara "Səbət" marketlər şəbəkəsi haqqında məlumat vermişdir: "Səbət"- yeni, dinamik, inkişaf edən mağazalar şəbəkəsidir. Şəbəkənin yaradılmasında məqsəd alıcılara optimal çeşidləri sərfəli qiymətlərlə əldə etmək imkanı yaratmaq, t əchizatçıların məhsullarının fəal təqdimi, bununla da alıcıların seçim və alış imkanını asanlaşdırmaqdır. Şəbəkədə təchizatçı partnyorlarımız üçün real imkanlar mövcuddur. Bunlar - promo-rəf və promo-paletlərdə marketinq aksiyalarının keçirilməsi, marketin daxilindəki və xaricindəki görünüşlü yerlərdən faydalanaraq brendlərin tanıtımıdır.

Sonra Azeri Retail MMC -nin Baş Direktoru Bəhruz Hüseynov ilin sonunadək mağazaların sayının 20-yə çatdırılacağını qeyd etmişdir: Azərbaycanda özəl bizes üçün yaradılmış əlverişli mühitdən faydalanaraq ölkənin daha da qüdrətlənməsi naminə uğurlu biznes qurmaq, ölkə bazarında öz layiqli yerimizi tutmaq - bizim hədəflərimizdir.

"Səbət" mağazalar şəbəkəsi Azeri Retail MMC -yə məxsusdur. Şirkətin təsisçisi Avstriya holdinqi olan Azeri Trade Holding GmBH-dir. 2012-ci ilin sonunadək layihəyə ümumilikdə 12,5 mln avro sərmayə qoyulması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti