...

Azərbaycan turistləri Kazana və Ufaya uçmaq imkanı əldə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 15:34 (UTC +04:00)
"Flydubai" aviaşirkəti Rusiya istiqamətinə Kazan və Ufa şəhərlərini daxil edərək, bu ölkə üzrə şəbəkəsini iki dəfə artırıb.
Azərbaycan turistləri Kazana və Ufaya uçmaq imkanı əldə ediblər

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Dünyanın ən sürətlə inkişaf edən qənaətcil "Flydubai" aviaşirkəti Rusiya istiqamətinə Kazan və Ufa şəhərlərini daxil edərək, bu ölkə üzrə şəbəkəsini iki dəfə artırıb. Artıq "Flydubai" Fars körfəzinin, Yaxın Şərqin, Afrika, Asiya və Avropanın 43 istiqamətinə uçuşlar həyata keçirir.

Tatarıstanın paytaxtı Kazan Rusiyanın ən görkəmli iqtisadi, elmi, mədəni, idman və turizm mərkəzlərindən biridir. Qədim tarixə malik olan Kazan turistlər tərəfindən ən çox ziyarət edilən Rusiya şəhərlərindən biridir. Kazan Kremli YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Tatarıstan paytaxtında 2013-cu ildə XXVII Ümumdünya Universiadası, 2018-ci ildə isə futbol üzrə dünya çempionatının oyunları keçiriləcək.

Başqırdıstanın paytaxtı Ufa Rusiyanın ən iri şəhərlərindən biridir. Respublikanın iqtisadiyyatı neft və energetika sahələri üzərində qurulub.

"Kazana və Ufaya təşkil olunan uçuşlar Dubayı Rusiyanın iri iqtisadi və sənaye mərkəzləri ilə birləşdirəcək. Məqsədimiz daim turistlər üçün sərhədləri genişləndirməkdən ibarətdir. Fürsətdən istifadə edərək, marşrutların say artımı ilə bağlı səylərimizə dəstək verən Rusiya hökumətinə minnətdarlığımı bildirirəm", - yeni istiqamətlərin açılışını şərh edən "Flydubai" aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt deyib.

Birləşmiş Ərəb Əmirlikləri inkişafda olan Rusiya biznesi üçün Şərq və Qərb arasında mükəmməl bir platformaya çevrilir. 2011-ci ilin aprel ayında Dubayın Ticarət və Sahibkarlıq Palatasının nəzdində Rusiya sahibkarlarının Şurası yaradılıb.

Yeni istiqamətlərin istifadəyə verilməsi nəticəsində "Flydubai" MDB məkanında uçuş şəbəkəsini ona çatdırıb. Dubay Beynəlxalq hava limanının 2-cı terminalından Kazana sentyabrın 14-dən, Ufaya isə sentyabrın 17-dən səyahət etmək mümkün olacaq.

Azərbaycan iş adamları və turistlərinin nəzərinə! Dubaydan Kazana və Ufaya biletləri "Flydubai"ın Bakı şəhərində fəaliyyət göstərən ofisindən, turizm şirkətlərindən və www.flydubai.com saytı vasitəsilə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti