...

Azərbaycanda məcburi köçkünlərə güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 17:12 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Xocalı, həmçinin işğal altında olan digər rayonlardan olan məcburi köçkünlərə və ətraf rayonlarda fəaliyyət göstərən 38 sahibkarlıq subyektinə 466 min manat güzəştli kredit vəsaiti verilib.
Azərbaycanda məcburi köçkünlərə güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Xocalı, həmçinin işğal altında olan digər rayonlardan olan məcburi köçkünlərə və ətraf rayonlarda fəaliyyət göstərən 38 sahibkarlıq subyektinə 466 min manat güzəştli kredit vəsaiti verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbir Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində keçirilib. Tədbirdə Xocalı rayonundan və Qarabağın işğal altında olan digər rayonlarından olan 120-dək məcburi köçkün iştirak edib.

Tədbir çərçivəsində iştirakçılar Gəncədə "NEON" firmasının inşa etdirdiyi illik istehsal gücü 10,8 min ton olan çörək zavodunda aparılan tikinti işləri və tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyəti ilə tanış olublar.

SKMF 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 946 investisiya layihəsinin maliyyələşdirilməsinə 80 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 54 investisiya layihəsinin maliyyələşdirilməsinə 68,8 milyon manat və 892 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 11,2 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 3800-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.

İyulun 22-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti