...

Azərbaycan Rusiyadan taxıl ixracının həcminə görə 6-cı yeri tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir N.İsmayılova/

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2011-ci ilin iyulunda Azərbaycana ixrac üçün yüklənən taxıl və taxıl məhsullarının həcmi 87702 ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Veterinar və Fitosanitar Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, Azərbaycan ixracın həcminə görə 6-cı yeri tutur.

İxracın həcminə görə, birinci yeri Türkiyə tutur. Ora 462 279 ton göndərilib. İkinci yeri Misir (461 857 ton), üçüncü Keniya (173 374 ton), dördüncü İtaliya (172 142 ton), beşinci İsrail (144 567 ton) tutur.

Azərbaycan əhalisinin və iqtisadiyyatının taxıl məhsullarına olan tələbatı hazırda təxminən 3-3,2 milyon ton təşkil edir. 2011-ci ildə Azərbaycanda 2,5 milyon taxılın istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyəcək. Çatışmayan hissə başqa ölkələrdən gətiriləcək.

Azərbaycana əsas taxıl tədarükçüsü Rusiyanın cənub Fedral Dairəsi - Stavropol və Krasnodar, eləcə də Qazaxıstandadır.

Bundan əvvəl Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı və emalı üzərində nəzarət şöbəsinin rəisi Sabir Vəliyevin dediyinə görə, ötən il Azərbaycanda 2,1 milyon ton taxıl istehsal olunub, 1,4 milyon ton isə idxal olunub. Bu həcmdən bir milyon ton taxıl istifadə olunmayıb və cari ilə qalıb.

"Cari ildə taxıl qıtlığı müşahidə olunmur, bizdə ötənilki ehtiyatlar var. Aprel ayına olan məlumata görə, ilin əvvəlindən 330 min ton taxıl idxal olunub, indi isə bu, artıq təxminən 500 min olacaq, istehsal həcminin artacağı da proqnozlaşdırılır", - Vəliyev əlavə edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məumatına görə, ilin birinci yarısında taxıl idxalı 19,14 faiz - 137,986 milyon dollaradək artıb. Bu, həmin müddət ərzində ölkə idxalının ümumi həcminin 3,18 faizini təşkil edir.

2011-ci ilin yanvar-iyununda Azərbaycan 48,692 milyon manat məbləğində un idxal edib.Bu, idxalın ümumi həcminin 1,12 faizini təşkil edir və ötən ilin analoji dövr göstəricisini 83,1 dəfə ötür.

İlin birinci yarısında Azərbaycana taxıl məhsullarının və unun idxal göstəricilərinin artması onunla əlaqdardır ki, bu dövrdə bu məhsullar üçün ƏDV-dən azadedilmə qaydaları qüvvədə olub. Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 10-dan bu azadolmaları ləğv edilib.

Ötən il ölkəyə 1,3 milyon tondan çox taxıl gətirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2011-ci il iyunun 22-nə buğda 268 hektarda səpilib, halbuki ötən il 551 hektar ərazidə səpilmişdi.

Xəbər lenti

Xəbər lenti