...

Azərbaycanda investisiya fondlarının fəaliyyəti üçün lazımi normativ hüquqi baza yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 16:39 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İnvestisiya fondları haqqında" qanunun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi sənədləri təsdiq edib.
Azərbaycanda investisiya fondlarının fəaliyyəti üçün lazımi normativ hüquqi baza yaradılıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İnvestisiya fondları haqqında" qanunun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi sənədləri təsdiq edib. Trend-in məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

QKDK sədrinin qərarı ilə "Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası", "İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında", "İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması" və "İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında" qaydalar təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Məlumatda deyildiyinə görə, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış normativ hüquqi sənədlər qiymətli kağızlar bazarında institusional inkişafın təmin edilməsi məqsədi ilə kollektiv investisiya fondlarının fəaliyyətinin, kapitalının, aktivlərinin tərkibi və strukturunun, habelə idarə olunmasının qabaqcıl standart və prinsiplərə uyğun qaydada keçirilməsinə imkan yaradacaq.

Sözügedən normativ hüquqi sənədlərin təsdiq edilməsi ilə ölkədə investisiya fondlarının fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması tamamlanıb.

Xəbər lenti

Xəbər lenti