...

"Qarant Sığorta" investisiya şirkəti təsis edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 18:13 (UTC +04:00)
Azərbaycanın "Qarant Sığorta" şirkəti "Qarant Invest" adlı investisiya şirkəti təsis edib.
"Qarant Sığorta" investisiya şirkəti təsis edib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Qarant Sığorta" şirkəti "Qarant Invest" adlı investisiya şirkəti təsis edib. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin saytının "vahid pəncərə" bölməsində bildirilib.

Şirkət vergi organlarında dövlət qeydiyyatından avqustda keçib.

"Qarant Sığorta" şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov Müşahidə Şurasının tərkibinə daxil olacaq, şirkətin təsisçisi kimi Məmmədrəhim Həsənov çıxış edir.

"Qarant Sığorta"nın idarə heyətinin sədr müavini Fuad Allahverdiyev bildirib ki, şirkət əsasən investisiya və dövlət qiymətli kağızlar bazarında maliyyə fəaliyyəti ilə məşğul olacaq.

Vaqif Həsənov qeyd edib ki, şirkət broker şirkətləri vasitəsilə qiymətli kağızlara bir milyon dollardan artıq investisiya qoyub. "Qiymətli kağızlar bazarı çox azaddır, ancaq hələ səriştəli inkişaf tələb edir. Hesab edirəm ki, bu, gələcəyin şirkətidir. Onun indi qurulması və bu bazarın öyrənilməsi öz bəhrəsini gələcəkdə verəcək", - Həsənov bildirib.

"Qarant Sığorta" şirkəti sığorta fəaliyyətinə dair lisenziyanı Azərbaycan Maliyyə Nazirliyindən 2007-ci ilin noyabrında alıb. Şirkət ZQAN Holding-in tərkibinə daxildir.

Sentyabrın 5-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti