...

Azərbaycanda dondurma istehsalçısına qarşı böyük maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 12:55 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "S.A.B.A. şirkəti" MMC-yə 4,4 min manat maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda dondurma istehsalçısına qarşı böyük maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "S.A.B.A. şirkəti" MMC-yə 4,4 min manat maliyyə sanksiyası tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirlikdən bildirilib.

Dondurma istehsalçısı barəsində maliyyə sanksiyası "Haqsız rəqabət haqqında" qanunun tələblərinin pozulmasına görə tətbiq edilib.

Dövlət Xidməti faktları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-Qərb ünvanında "S.A.B.A. şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlamalar zamanı aşkar edib. Yoxlamalar zamanı habelə məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmaması və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması, dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, habelə məhsulların etiketində istehsalçı müəssisə, qida və enerji dəyərinin göstərilməməsi səbəbindən bu təsərrüfat subyekti barəsində tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri aşkara çıxarılıb.

Sentyabrın 7-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti