...

Türkiyə üçüncü dəfə AITF-2012 sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2011 19:21 (UTC +04:00)
Artıq üçüncü ildir ki, Türkiyə Respublikası gələn il keçiriləcək Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" (AITF) sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək.
Türkiyə üçüncü dəfə AITF-2012 sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Artıq üçüncü ildir ki, Türkiyə Respublikası gələn il keçiriləcək Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" (AITF) sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək. Əməkdaşlıq haqqında müqavilə bu ilin avqust ayında imzalanıb və Türkiyə şirkətlərinin kollektiv stenddə iştirakını nəzərdə tutur. Bundan başqa, Türkiyə Respublikası sərgi stendini nəzərəçarpacaq dərəcədə (110 m2) artırıb və bu, ötən illə müqayisədə 20% çoxdur.

"Türkiyə vətəndaşlarımızın istirahəti üçün ən çox tələb olunan istiqamət olaraq qalır və bununla əlaqədar biz AITF sərgisində Türkiyə Respublikasının yenidən tərəfdaş ölkə kimi iştirak etmək qərarını alqışlayırıq, - AITF layihəsinin rəhbəri Xəyal Əliyeva bildirib. - Biz əminik ki, bu sərgi sayəsində türkiyəli turoperatorlar öz turizm potensiallarını nümayiş etdirmək və həmkarları ilə işgüzar əlaqələr yaratmaq üçün çox gözəl imkan qazanacaqlar".

"Biz şadıq ki, regionun ən böyük turizm tədbiri olan AITF sərgisində yenidən tərəfdaş ölkə kimi iştirak edirik. Məlum olduğu kimi, bu sərgi Azərbaycanda turizm mövsümünü açır və "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Türkiyənin turizm üzrə bütün tərəf və istiqamətlərinin ən səmərəli nümayişi üçün əla bir meydança olacaq", - Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm məsələləri üzrə müşaviri Nizami Musayev qeyd edib.

AITF-2012 sərgisi 2012-ci il aprel ayının 12-dən 14-dək "Bakı Expo" sərgi mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Böyük Britaniyanın "ITE Group" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti