...

Türkiyənin iri bankı Azərbaycanda aktiv bank əməliyyatları ilə məşğul olmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 10:44 (UTC +04:00)
Türkiyənin "İş Bankası" Azərbaycanda bank fəaliyyətinin aktiv inkişafını planlaşdırır və hələ də Bakıda filial açmaq niyyətindədir. Bu barədə çərşənbə günü Trend-ə telefonla bankın baş direktor müavini Serdar Gençer bildirib.
Türkiyənin iri bankı Azərbaycanda aktiv bank əməliyyatları ilə məşğul olmağa hazırdır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Axundov/

Türkiyənin "İş Bankası" Azərbaycanda bank fəaliyyətinin aktiv inkişafını planlaşdırır və hələ də Bakıda filial açmaq niyyətindədir. Bu barədə çərşənbə günü Trend-ə telefonla bankın baş direktor müavini Serdar Gençer bildirib.

"2010-cu ilin fevral ayında Azərbaycan Mərkəzi Bankına bankımızın filialının yaradılması barədə müraciət ünvanladıq, lakin indiyə qədər hər hansı bir cavab almamışıq. Biz hələ də Bakıda filial açmaq niyyətindəyik və AMB-dən cavab gözləyirik", - Gençer deyib.

Onun sözlərinə görə, bank Azərbaycanda korporativ bankçılığı inkişaf etdirməyi, eləcə də aktiv şəkildə ticari maliyyələşdirmə sahəsində işləməyi planlaşdırır.

"İndi biz, ilk növbədə, AMB-dən icazə almağı, sonra isə yatıracağımız investisiyanın həcmini müəyyən etməyi, sonra isə plan quraraq, qarşımıza məqsəd qoyub işləməyi düşünürük", - Gençer bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycan Mərkəzi Bankı filialın açılmasına deyil, məsələn, hər hansı bir yerli bankda iştiraka icazə verərsə, bu halda "İş Bankası" bu variantı da nəzərdən keçirməyə hazırdır.

AMB-nin baş direktoru Rəşad Orucov dediyi kimi, ola bilər ki, gələn il Azərbaycanda İş Bankasının nümayəndəliyi fəaliyyətə başlasın.

Xəbər lenti

Xəbər lenti