...

MDB ölkələri beynəlxalq nəqliyyatda dəmiryol tariflərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2011 17:59 (UTC +04:00)
2012-ci fraxt ili ilə bağlı beynəlxalq nəqliyyatda dəmiryolları üzrə yükdaşımaların tarif siyasəti MDB ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının oktyabrın 28-29-da Yerevanda keçiriləcək iclasında müzakirə olunacaq.
MDB ölkələri beynəlxalq nəqliyyatda dəmiryol tariflərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci fraxt ili ilə bağlı beynəlxalq nəqliyyatda dəmiryolları üzrə yükdaşımaların tarif siyasəti MDB ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının oktyabrın 28-29-da Yerevanda keçiriləcək iclasında müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Şuranın məlumatında deyilir.

Eləcə də Şura üzvləri ötən iclasda qəbul edilmiş qərarların icrasının nəticələrini, 2012-2013-cü illərdə qatarların hərəkət cədvəlinin normativlərini, dəmiryol administrasiyaları arasında qarşılıqlı hesablaşmalar prosesini müzakirə edəcəklər.

Azərbaycan, Belarus, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna Şuranın üzvləridir.

Bolqarıstan, Gürcüstan, Latviya və Finlandiya qurumun assosiativ üzvləridir, Litva və Estoniya isə strukturun fəaliyyətində müqavilə üzrə iştirak edir. Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Şurada müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti