...

Azərbaycanda ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 1-də Azərbaycan İpoteka Fondunun (AİF) 4-cü emissiyadan 5 milyon manat həcmində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Fondun cümə günü yaydığı məlumatda deyilir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 100,2333 faiz qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi 28 avqust 2018-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2011-ci il sentyabrın 23-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 milyon manat təşkil edir. Bu günədək bu həcmdən 6 milyon manat istiqraz yerləşdirilib. Emissiya çərşivəsində nominal dəyəri min manat olan 20 min istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti 2520 gündür.

Oktyabrın 28-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti