Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir R.Daraxşan/
Əlverişsiz hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini adi rejimdə davam etdirir. Bu barədə Trend-ə bazar ertəsi səhər saatlarında "AZAL" QSC-dən bildirilib.
"AZAL"-dan bildirdiklərinə görə, heç bir aviareys ləğv olunmayıb ya da təxirə salınmayıb.
Paytaxt Bakıda və Azərbaycanın digər ərazilərində dünəndən anormal hava şəraiti hökm sürür. Sinoptiklərin verdiyi məlumata görə, bu, Azərbaycan ərazisinə soyuq hava kütləsinin gəlməsi ilə bağlıdır.
Anormal hava şəraiti sabah da davam edəcək.