...

Azərbaycanda havanın kəskin pisləşməsi nəqliyyat infrastrukturunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2011 11:09 (UTC +04:00)
Azərbaycanda hava şəraitinin kəskin pisləşməsi nəqliyyat infrastrukturunun işinə təsir göstərməyib.
Azərbaycanda havanın kəskin pisləşməsi nəqliyyat infrastrukturunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycanda hava şəraitinin kəskin pisləşməsi nəqliyyat infrastrukturunun işinə təsir göstərməyib.

Ölkədə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyib. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, təyyarələrin göndərilməsi və qəbulu qrafikində də dəyişiklik yoxdur.

Bazar ertəsi səhər Bakıya ilk qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında bazar günündən başlayan anomal kəskin soyuq hava şəraiti noyabrın 7-də davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək. Temperaturun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Temperaturun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 9-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Temperatur gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Baş Dövlət Yol Polisi yağmurlu və qarlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, sürücülər qarlı, yağışlı və dumanlı havalarda sürət həddini meteoroloji şəraitə uyğun seçməli, günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar.

İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti