Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "AzSığorta" ASC-yə sığorta fəaliyyətinə müddətsiz lisenziya verib.
Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.
"Lisenziya əvvəllər verilmiş lisenziyasının fəaliyyət müddətinin başa çatması ilə əlaqədar verilib", - məlumatda qeyd olunur.
"AzSığorta" ASC Azərbaycan sığorta bazarında 2006-ci ilin noyabr ayından fəaliyyət göstərir. Şirkətdə 180-dən artıq əməkdaş çalışır. "AzSığorta" müştərilərə 5 icbari və 32 könüllü sığorta növləri üzrə yüksək keyfiyyətli xidmət göstərir.
Noyabrın 18-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.