...

Azərbaycan Beynəlxalq Bankında elektron əmanətlərin həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 17:55 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) elektron bankinq xidmətlərinin cari ilin ilk 9 ayı ərzində artım dinamikası və inkişafına dair ənənəvi hesabat dərc edib.
Azərbaycan Beynəlxalq Bankında elektron əmanətlərin həcmi artıb

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) elektron bankinq xidmətlərinin cari ilin ilk 9 ayı ərzində artım dinamikası və inkişafına dair ənənəvi hesabat dərc edib.

Bankın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, elektron bankinqin bütün kanalları vasitəsilə 2011-ci ilin ilk 9 ayı ərzində ümumi məbləği 13,7 milyon manat olan 346 min əməliyyat aparılıb. Əməliyyatların say baxımından 93%-i mobil rabitə xidmətlərinin ödənilməsinə düşürsə, pul ekvivalentində əməliyyatların 70%-i populyar olan "Kart Transfer" xidmətinin payına düşür.

Hesabatda bildirilir ki, elektron bankinq məhsulları sırasında mobil rabitə ödənişləri, "Kart Transfer" (bir bank kartından digərinə təcili pul köçürmələri), "Elektron Depozit"in (bank kartı vasitəsilə müddətli depozitin açılması), "SMS xəbərdarlıq"dan (bank kartı üzrə aparılan bütün əməliyyatlar haqqında sms-məlumatların kart sahibinin mobil telefonuna göndərilməsi) və s. daha çox istifadə olunur.

"Elektron depozit" (ABB-nin qüvvədə olan şərtlərinə müvafiq olaraq bank kartı vasitəsilə müddətli əmanət açmaq imkanı) xidməti ilə bağlı Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri bildirib ki, 2009-cu il ərzində (xidmətin işə salındığı il) ümumi hesabla 292 min manat məbləğində, 2010-cu ildə 1,2 milyon manat əmanət açılmışdısa, cari ilin ilk 9 ayı ərzində "elektron" əmanətlərin ümumi həcmi 1,36 mliyon manat təşkil edib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə bankomatlar vasitəsilə aparılan əməliyyatların sayı hələ də yüksək olsa da (ümumi sayın 91%-i), onların pul ekvivalentində payı azalmaqdadır və cari ilin ilk 9 ayının yekunları üzrə 25% (2010-cu ildə 55%) təşkil edib. Elektron bankinq xidmətlərinin digər satış kanallarının payı da artmaqdadır. Əməliyyatların ümumi məbləğində "İnternet Bankinq" sisteminin payı 32% (2010-cu ildə - 19%), "MobilBank" sisteminin payı 7% (2010-cu ildə 5%), məlumat köşklərinin payı isə 36% (2010-cu ildə 21%) təşkil edib.

Bundan başqa, 2011-ci ilin ilk 9 ayında elektron bankinq xidmətlərinin spektri genişləndirilib. Ölkədə ilk dəfə "Cash by Code" xidmətini təklif edilib. Bu xidmət sayəsində ABB-nin müştəriləri nağd pul vəsaitlərinin, hətta müştəridə bank kartı olmasa belə, bankomat vasitəsilə ani almaq imkanı əldə ediblər. Bankın plastik kart sahibləri indi bu xidmətdən istifadə edərək, ölkə daxilində istənilən şəxsə pul vəsaiti göndərə bilərlər. Bundan başqa, ötən dövr ərzində "SMS xəbərdarlıq" xidməti xeyli təkmilləşdirilib və pensiyaçı müştərilər üçün daha sərfəli şərtlərlə təklif olunub.

Xəbər lenti

Xəbər lenti