Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Qafqaz İnkişaf Bankının 3 milyon manat həcmində imtiyazlı, adsız, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 3 milyon səhm buraxılacaq.
"Qafqaz İnkişaf Bankı" ASC 1996-cı il aprelin 23-də yaradılıb. Bu bank Azərbaycanda fəaliyyət göstərən banklardan Gürcüstanda filial açan ilk bank olub.
Dekabrın 20-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.