...

DəmirBank yeni kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2011 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend/

DəmirBank və Belçikanın VDK Spaarbank N.V. arasında Incofin İnvestisiya Fondunun təşkilatçılığı ilə 2 mln ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi barədə kredit müqaviləsi imzalanıb. Trend-in məlumatıəna görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu kredit müqaviləsi üzrə cəlb edilən vəsait mikro-kreditlərin verilməsinə yönəldiləcək. Qeyd edək ki, bu müqavilə Incofin İnvestisiya Fondunun təşkilatçılığı ilə imzalanan 3-cü müqavilədir.

"DəmirBank VDK Spaarbank ilə 2007-ci ildən əməkdaşlıq etməyə başlayıb. O zaman imzalanmış müqavilə müddətinin yenidən uzadılması bu əməkdaşlığın uğurunu əks etdirir. Müqavilə üzrə cəlb edilən vəsait mikro və kiçik biznes kreditlərinin verilməsinə yönəldilir ki, bu da sahibkarlıq fəaliyyətini genişləndirməyə kömək edir", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti