...

"Paşa Bank" mobil operatorun istiqrazlarının yerləşdirilməsini təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2011 16:03 (UTC +04:00)
Azərbaycan bankı "Paşa Bank" ölkənin mobil rabitə operatoru "Bakcell"in istiqrazlarının yerləşdirilməsində marketmeyker qismində çıxış edəcək.
"Paşa Bank" mobil operatorun istiqrazlarının yerləşdirilməsini təmin edəcək

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Paşa Bank" ölkənin mobil rabitə operatoru "Bakcell"in istiqrazlarının yerləşdirilməsində marketmeyker qismində çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.

Bir müddət əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bakcell" şirkətinin ümumi dəyəri 40 milyon manat olan istiqrazlarının emissiyasını qeydiyyata alıb.

"Yerləşdirmənin marketmeykeri qismində Azərbaycanın bank bazarının qabaqcıl iştirakçılarından biri "Paşa Bank", anderrayteri qismində isə "UniCapital" ASC çıxış edəcək", - məlumatda deyilir.

"Bakcell"in qeyri-kotirovka siyahısına daxil edilmiş təmin edilməmiş, faizli istiqrazlarının yerləşdirilməsi dekabrın 27-dən başlayıb. İstiqrazlar üzrə illik faiz qoyuluşu 9,5 faiz səviyyəsində möhkəmlənib, müraciət müddəti yerləşdirmənin başlandığı gündən etibarən 1080 gün təşkil edir. Mobil rabitə operatoru emissiya prospekti çərçivəsində 1000 manat nominalla 40 min təmin edilməmiş, faizli istiqraz buraxıb.

"Paşa Bank" qiymətli kağızlar bazarında fəaliyyətini ötən ildən aktivləşdirib və buna qədər ümumi dəyəri 24,4 milyon manat olan istiqrazların 4 buraxılışını uğurla yerləşdirib. Bank gələcəkdə də ölkənin qiymətli kağızlar bazarında öz mövqeyini yeni emitentlərin buraxılışını təşkil etməklə peşəkar iştirakçı qismində möhkəmləndirməyi planlaşdırır.

Dekabrın 29-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti