...

Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2012 19:27 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Bakı Fond Birjasında yanvarın 5-də Mərkəzi Bankın ümumi həcmi 30 000 000 manat, hərraca çıxarılan həcmi 20 000 000, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan cümə axşamı Trend-ə verilən məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 47 513 400 manat təşkil edib.

Sifarişlər 99.7980% (gəlirlilik 2.70%) və 99.7591% (gəlirlilik 3.22%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti - 99.7780% (gəlirlilik 2.97%), orta ölçülmüş qiyməti 99.7877% (gəlirlilik 2.84%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 20 000 000 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 01 fevral 2012-ci ildir.

Xəbər lenti

Xəbər lenti