...

ARDNŞ-nin tibbi sığortaçısı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir A.Axundov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz işçilərini yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə Azərbaycanın "Paşa Sığorta" şirkəti ilə könüllü tibbi sığorta müqaviləsi imzalayıb. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin tərkibindəki Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin balansına verilib. Xatırladaq ki, ARDNŞ-nin idarə və müəssisələrində çalışan işçilər pulsuz tibbi xidmətlərlə bağlı 2011-ci ilədək MNX-yə müraciət edirdilər. Müasir qabaqcıl dünya təcrübəsinə əsasən, aparıcı neft şirkətləri öz işçilərinin tibbi təminatını yaxşılaşdırmaq məqsədilə onları tibbi sığortaya cəlb edir. Bunu nəzərə alaraq, şirkət "Paşa Sığorta" şirkəti ilə könüllü tibbi sığorta müqaviləsi imzalayıb", - məlumatda deyilir.

Müqaviləyə əsasən, "Paşa Sığorta" ASC sığorta şəhadətnaməsi qüvvədə olduğu müddətdə (01.01.2012-ci il tarixdən 31.12.2012-ci il tarixədək) ARDNŞ-nin işçilərinə tibb xidmətlərin göstərilməsini təşkil edəcək və bu xidmətlər üzrə ödənişləri öz üzərinə götürəcək.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ xarici tərəfdaşlarla birlikdə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar bloku və Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi kimi iri layihələrdə iştirak edir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Yanvarın 23-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti