...

Azərbaycanda 120 kq-dan çox saxlama müddəti ötmüş ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 17:08 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddət ötmüş ərzaq məhsulları aşkar olunub.
Azərbaycanda 120 kq-dan çox saxlama müddəti ötmüş ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddət ötmüş ərzaq məhsulları aşkar olunub.

Trend-in bazar ertəsi nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında, eləcə də Yevlax şəhərində aparılan yoxlamalar zamanı ümumi çəkisi 120 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, qeyd olunan obyektlərdə qiymət intizamının pozulduğu, yəni satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti