...

"Azərbaycan Hava Yolları" Bakı-Ankara-Bakı marşrutu üzrə reyslərin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 15:42 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Bakı-Ankara-Bakı marşrutu üzrə reyslərin sayını həftədə üçdən dördədək artırır.
"Azərbaycan Hava Yolları" Bakı-Ankara-Bakı marşrutu üzrə reyslərin sayını artırır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Bakı-Ankara-Bakı marşrutu üzrə reyslərin sayını həftədə üçdən dördədək artırır. Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, reyslərin sayı 2012-ci il martın 25-dən başlayaraq artırılacaq. Aviareyslər bazar ertəsi, çərşənbə günü, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Hazırda şirkətin təyyarələri Bakı-Ankara-Bakı marşrutu üzrə bazar ertəsi, cümə axşamı və şənbə günləri uçur: (uçuş Bakı vaxtı ilə saat 10:30-da, eniş Ankara vaxtı ilə saat 10:50-də həyata keçirilir).

Təyyarə elə həmin günlərdə geri qayıdır (uçuş Ankara vaxtı ilə saat 12:00-da və Bakıda eniş Bakı vaxtı ilə saat 16:20-də).

Uçuşlar Airbus 320-200 təyyarəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti