...

"Moody's" ARDNŞ-nin avroistiqrazlarının debüt buraxılışına reytinq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir N.İsmayılova/

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi cümə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) avroistiqrazlarının qarşıdakı debüt buraxılışına ilkin (P) Ba1 reytinqini verib. Trend-in məlumatına görə, bu barədə cümə günü agentliyin məlumatında deyilir.

Reytinq üzrə proqnoz "Sabit"dir.

"Moody's" gözləyir ki, avroistiqrazların buraxılışı 500 milyon dollara qədər təşkil edəcək. İstiqrazlardan gəlirlər ARDNŞ-nin ümumi təmin edilməmiş və subordinasiya edilməmiş öhdəliyini nəzərdə tutur.

"Moody's" gözləyir ki, istiqrazların ödənilməsi 5-7 ili ötməyəcək. Bundan başqa, reytinq agentliyi gözləyir ki, ARDNŞ onlardan daxilolmaları, kapital xərclərinin maliyyələşdirilməsi daxil olmaqla, öz fəaliyyətini qismən maliyyələşdirmək üçün istifadə edəcək.

ARDNŞ-nin avroistiqrazlarının qarşıdakı buraxılışının Ba1 reytinqi şirkətin korporativ reytinqinə (Ba1) uyğundur.

Şirkətin kredit qabiliyyətinin əsaslı qiymətləndirilməsi şirkətin ehtiyatlarının orta miqyasını və istehsalat bazasını, eləcə də sabit maliyyə göstəricilərini əks etdirir. Bu, həmçinin bu faktı əks etdirir ki, ARDNŞ tam inteqrasiya etmiş neft-qaz şirkətidir. Şirkət həm yerli, həm də ixrac bazarlarında neft və qaz kəmərləri üzərində ya qismən, ya da tam nəzarətə malikdir.

"Moody's" gözləmir ki, istiqrazların yeni buraxılışı ARDNŞ-nin profil leverecinə və borcların ödənilməsi əmsalına mənfi təsir göstərəcək.

Şirkətin baza ssenarisinə əsasən, 1 barel "Brent" markalı neftin qiymətinin 80 dollar olması nəzərə alınmaqla, "Moody's" gözləyir ki, ARDNŞ-nin EBITDA-ya (vergilərin, faizlərin ödənilməsi və ödənilmiş amortizasiyalar üzrə xərclərin çıxılmasına qədər gəlirlərin həcmi) qarşı borcu istiqrazların buraxılışından sonra da ikidən aşağı səviyyədə qalacaq. Reytinq agentliyi həmçinin gözləyir ki, 2012-ci ilin sonunda EBITDA-ya qarşı borc 1,5 göstəricisinə (və ya aşağı) qayıdacaq və şirkət reytinqə görə "Moody"nin maliyyə astanası sərhədində qalacaq.

Xəbər lenti

Xəbər lenti