...

Bakıda aviareyslərin qəbulu saat 09:00-dək məhdudlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 03:03 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanının işi yerli vaxtla saat 09:00-dək məhdudlaşdırılıb. Bu barədə cümə günü Trend-ə "Azərbaycan hava yolları" QSC-də bildiriblər.
Bakıda aviareyslərin qəbulu saat 09:00-dək məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Heydər Əliyev Beynəlxalq Hava Limanının işi yerli vaxtla saat 09:00-dək məhdudlaşdırılıb. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Əvvəl Praqa-Bakı marşrutu üzrə aviareys Bakıda 6 saatlıq yubanma ilə (cədvəl üzrə Bakıya gəlmə vaxtı - 19:02, faktiki vaxt - 02:07) enib.

Aeroport tranzit aviareyslərin, habelə Bakıya uçan digər aviaşirkətlərin aviareyslərinin qəbulu və xidməti üçün yerli vaxtla saat 09:00-a qədər bağlıdır.

"Azərbaycan Hava Yolları"nın reyslərinin qəbulu onların gəlməsindən asılı olaraq həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti