...

Azov dənizində fəlakətə uğramış gəmilərə ərzaq və su çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend /

Bu gün iki buzqıran gəmi "Qafqaz" limanından (Krasnodar diyarı) Azov dənizindəki Temruk limanı rayonunda buzlarda ilişib qalan gəmilərə ərzaq və su çatdıracaq. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verir.

"Kapitan Krutov" və "Kapitan Moşkin" buzqıran gəmilərinin 6 gəminin toplaşdığı yerə yola düşəcəyi təxmini vaxt bazar ertəsi saat 10:00-a planlaşdırılıb", - FHN-nin Cənub Regional Mərkəzinin mətbuat xidmətindən bazar ertəsi xəbər verilib.

Bundan başqa, saat 09:00-da Mi-8 helikopterinin gəmilərə ərzaq məhsulları çatdırmaq üçün uçması planlaşdırılıb.

İlkin məlumatlara görə, buzda batıb qalan gəmilərin ekipaj üzvləri arasında Azərbaycan vətəndaşları var.

Xəbər lenti

Xəbər lenti