...

Azərbaycanın aparıcı özəl bankının Müşahidə Şurasında dəyişikliklər gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Unibank"ın Müşahidə Şurasının fevralın 29-da Bakıda keçiriləcək növbəti iclası çərçivəsində Şura üzvlərinin rotasiyası məsələsi nəzərdən keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan məlumat veriblər.

Qarşıdakı iclasın gündəliyinə 2011-ci ilin yekunları üzrə idarə heyəti və auditor komitəsinin hesabatlarının təsdiqi, bankın yenidən kapitallaşdırılması məsələsinin həlli və ötən il ərzində bankın gəlirlərinin istifadə edilməsi, Müşahidə Şurasının üzvlərinin rotasiyası məsələsi daxil edilib.

"Bankın Müşahidə Şurasının tərkibinə Cəlal Qasımovun daxil ediləcəyi gözlənilir. O, Müşahidə Şurasının sədr müavini vəzifəsini tutacaq. Qeyd etmək lazımdır ki, Qasımov 2008-2011-ci illərdə "Bank of Baku"nun idarə heyətinin sədri olub", - bankdan deyiblər.

"Unibank" ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Ona bankın səhmlərinin 50,81 faizi məxsusdur.

Xəbər lenti

Xəbər lenti