...

Azərbaycanda 290 kq-a yaxın ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 19:46 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkarlanıb.
Azərbaycanda 290 kq-a yaxın ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 16 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkarlanıb.

Trend-in cümə axşamı nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakının Nərimanov, Nizami, Binəqədi rayonlarında, eləcə də Şəki və Sumqayıt şəhərlərində, Ağdaş, Goranboy və Ağdam rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti