...

Nəqliyyat Nazirliyi 8 il ərzində təmir edilən yolların uzunluğunu açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 15:54 (UTC +04:00)
2003-2011-ci illər ərzində Azərbaycanda 6240 kilometrdən çox avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən bildiriblər.
Nəqliyyat Nazirliyi 8 il ərzində təmir edilən yolların uzunluğunu açıqlayıb

Azərbaycan, Bakı, 22 fevral /Trend müxbir E. İsmayılov/

2003-2011-ci illər ərzində Azərbaycanda 6240 kilometrdən çox avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən bildiriblər.

"Həmçinin bu dövrdə ümumi uzunluğu 18000 poqon metr olan 160-a yaxın körpü tikilərək istifadəyə verilib. Müqayisə üçün deyək ki, 2003-ci ilə qədər son 100 il ərzində ölkənin avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu 40,2 kilometr təşkil edib", - SC-dən vurğulayıblar.

Azərbaycanın ümumi istifadədə olan 18986 kilometr avtomobil yolunun 17513 kilometrinə "Azəryolservis" ASC tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13147 kilometri isə yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1230-a yaxın 43562 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525 kilometr təşkil edir.

Səkkiz il ərzində ASC tərəfindən avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. O cümlədən ümumi gücü saatda 2000 tondan çox olan 30-a yaxın asfalt beton zavod istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti