...

Pirat audiovizual məhsulların satıcısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 19:35 (UTC +04:00)
Pirat audiovizual məhsulların satıcısına maliyyə sanksiyası tətbiq edilib.
Pirat audiovizual məhsulların satıcısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Aslan Bayramova məxsus mağazalarda aparılan yoxlama zamanı, mağazalarda müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması yolu ilə istehlakçıların aldadıldığı müəyyən olunmuşdu.

Bununla əlaqədar, həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Trend-in cümə axşamı nazirliyin saytına istinadən yaydığı məlumata görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə, Aslan Bayramova 2,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti