...

Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 15:01 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cümə günü "Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.
Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cümə günü "Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat verib.

Səfərov ölkəmizdə davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq, son 8 ildə ÜDM-nin 3 dəfə, qeyri-neft sektorunun 2,2 dəfə, ixracın 10,3 dəfə artığını, yoxsulluq səviyyəsinın isə 5,9 dəfə azaldığını vurğulayıb. Qeyd olunub ki, narçılığın stimullaşdırılması, istehsal olunan nar məhsullarının potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, nar və nar məhsullarının potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

Tədbirdə müvafiq dövlət qurumlarının, Aran regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və narçılıqla məşğul olan sahibkarlar iştirak edib.

Xəbər lenti

Xəbər lenti