...

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə zəmanət fondunun konsepsiyası hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 14:36 (UTC +04:00)
Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə zəmanət fondunun yaradılması konsepsiyasının layihəsini hazırlayıb.
Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə zəmanət fondunun konsepsiyası hazırlanıb

Azərbaycan, Bakı, 1 mart /Trend müxbir Ə.Həsənov/

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə zəmanət fondunun yaradılması konsepsiyasının layihəsini hazırlayıb.

"Kənd təsərrüfatı istehsalçıları və emalı müəssisələrinin kreditləri üzrə risklər fond və kredit təşkilatı arasında 80-nin 20 faiz nisbətində bölüşdürüləcək", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı təqdimat zamanı araşdırma qrupunun rəhbəri Qubad Bayramov bildirib.

Konsepsiyada zəmanət kreditinin maksimum məbləği 10 min manatadək səviyyədə müəyyənləşdirilib. Bununla yanaşı, 25 min manata qədər kreditlərə zəmanət verilməsi üzrə qərar İdarə Heyəti tərəfindən qəbul edilir və Müşahidə Şurası isə təsdiq edir. 25-100 min manat həcmində kreditlər üzrə qərarı Müşahidə Şurası qəbul edir. Kreditin qaytarılmaması riski zamanı fond zəmanət verilən məbləği kredit təşkilatının hesabına köçürməlidir. Kreditin 90 gün ərzində qaytarılmaması halında girov əmlak onun satışını təşkil edən fondun sərəncamına keçir.

Bayramovun sözlərinə görə, fermer və sahibkarlara zəmanətin verilməsinin mümkünsüzlüyü haqqında bildirişi fond 10 gün ərzində verməlidir.

"Kənd təsərrüfatı kreditlərinə zəmanət verilməsinə zərurət ilk növbədə onunla bağlıdır ki, banklar risklərini sığortalaya bilsinlər və kiçik və orta kənd təsərrüfatı müəssisələrinin kreditləşdirilməsində maraqlı olsunlar" , - "İnkişaf üşün maliyyə" bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Cəlal Əliyev qeyd edib.

"Kiçik və orta kənd təsərrüfatı müəssisələri çox vaxt kredit ala bilmirlər, belə ki, onların malik olduğu girov əmlakı bank qəbul etmir, onlarda isə başqa bir əmlak yoxdur. Kreditlərin zəmanət fondunun yaradılması bu problemi həll edə bilər", - Əliyev deyib.

Konsepsiya "Oxfam" ilə birgə Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının "Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti

Xəbər lenti