...

2011-ci ildə Azərbaycan regionun lider ölkəsinə çevrilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 11:01 (UTC +04:00)
2011-ci ildə dünya iqtisadiyyatının artım templəri 2010-cu ilin kifayət qədər yüksək olan göstəriciləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyib və müşahidə olunan meyillər böyük qeyri-müəyyənliklə səciyyələnib.
2011-ci ildə Azərbaycan regionun lider ölkəsinə çevrilib

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir A.Axundov /

2011-ci ildə dünya iqtisadiyyatının artım templəri 2010-cu ilin kifayət qədər yüksək olan göstəriciləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyib və müşahidə olunan meyillər böyük qeyri-müəyyənliklə səciyyələnib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ilin yekunları üzrə hesabatında deyilir. Hesabata cümə günü Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Əlverişsiz olan iki trendin üst-üstə düşməsi dünya iqtisadiyyatına öz mənfi təsirini göstərib. Birinci trend inkişaf etmiş ölkələrdə iqtisadiyyatın ləng inkişaf etməsində, ikinci trend isə büdcə və maliyyə sahələrində (xüsusilə 2011-ci ilin ikinci yarısında) qeyri-müəyyənliyin əhəmiyyətli dərəcədə artmasında özünü göstərib. Bu cür ciddi iqtisadi və maliyyə problemlərinin üst-üstə düşməsi, dünyada maliyyə-iqtisadi böhranının ikinci dalğasının baş verməsi risklərinin aşağı salınması qətiyyətli addımlar atılmasını tələb edirdi", - hesabatda deyilir.

Beləliklə, inkişaf etmiş ölkələrdə inkişaf templərinin zəifləməsi, ABŞ-da və Avropa İttifaqı ölkələrində borc probleminin mövcudluğu, burada faiz dərəcələrinin aşağı salınması səbəbindən kapitalın inkişaf etməkdə olan ölkələrə axını və bütün bunların əsas xammal növlərinin dünya qiymətlərinin dəyişkənliyi ilə müşayiət olunması 2011-ci il ərzində əsas risk amilləri olub.

"Belə mürəkkəb qlobal iqtisadi şəraitlərdə ciddi çağırışların mövcud olduğu dövrdə Azərbaycan iqtisadiyyatı davamlılıq nümayiş etdirərək diversifikasiyada əhəmiyyətli nəticələr əldə edib. Hesabat ilində Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider dövlətinə çevrilmiş, Cənubi Qafqada investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir", - hesabatda deyilir.

Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunda ÜDM-in xüsusui çəkisinin 80 faizə çatdırılmasıdır.

"Ölkə iqtisadiyyatının modernləşdirilməsi və ya innovativ inkişaf mərhələsinə uyğun qurulması davamlı iqtisadi artımın təmin edilməsinə, mövcud olan və gələcəkdə gözlənilən iqtisadi və sosial çağırışlara adekvat cavab verilməsinə şərait yaradacaqdır", - hesabatda deyilir.

Xəbər lenti

Xəbər lenti