...

Azərbaycan Beynəlxalq Bankı müştərilərə bayram günlərində də xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2012 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinin tələbatını təmin etmək məqsədilə bayram günü - martın 22-də işləyəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABB-nin idarə heyətinin sədri Changir Hacıyev bildirib.

Onun sözlərinə görə, martın 22-də bankın Sabunçu, Gəncə və Sumqayıt filialları bütün iş günü ərzində fəaliyyət göstərəcək.

"Bundan savayı, ABB-nin bütün filialları bankomatların fasiləsiz işini və əhalinin bayram və istirahət günlərində nağd pula tələbatını təmin etmək məqsədilə onların nağd vəsaitlə doldurulmasını təmin edəcək", - Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti