...

Bakıdan Rusiya şəhərlərinə aviareyslər təxirə salınıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 11:05 (UTC +04:00)
Bu gün Bakıdan Rusiya istiqamətində daha bir reys - Bakı-Qroznı reysi təxirə salınıb. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bakıdan Rusiya şəhərlərinə aviareyslər təxirə salınıb (ƏLAVƏ OLUNUB)

Reyslərin ləğvi və aviaşirkətlərin adları haqqında məlumat əlavə olunub (ilk xəbər saat 10:09-da yayılıb)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıdan Rusiya istiqamətində daha bir reys - Bakı-Qroznı reysi təxirə salınıb. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bundan əvvəl isə Bakıdan Moskva, Perm və Omska aviareyslər təxirə salınıb.

"Ruslayn" şirkətinin (Perm və Qroznı), "Ural Hava Yolları" (Moskva), İRaero (Omsk) şirkətlərinin reysləri təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından reyslərin təxirə salınmasının səbəbləri açıqlanmayıb və bu, həmin reyslərin Rusiya aviaşirkətləri tərəfindən həyata keçirilməsi ilə əsaslandırılıb.

Xəbər lenti

Xəbər lenti