...

Sumqayıtın su təchizatı yaxşılaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 19:31 (UTC +04:00)
"Azərsu" ASC Sumqayıt şəhərinin böyük hissəsini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlayıb.
Sumqayıtın su təchizatı yaxşılaşdırılır

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Axundov/

"Azərsu" ASC Sumqayıt şəhərinin böyük hissəsini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü su operatorunun yaydığı məlumatda deyilir.

"Ceyranbatan su anbarından Sumqayıtı içməli su ilə təmin edən su kəmərinin 684 metr uzunluğunda olan bir hissəsi korroziyaya məruz qalıb ki, nəticədə vaxtaşırı su itkisi yaranırdı. Hazırda bu metal borular polietilen borularla əvəz edilir", - məlumatda bildirilir.

Magistral xətt istismara verildikdən sonra 17-ci, 18-ci mikrorayonların, 42-ci məhəllənin, habelə Corat qəsəbəsinin su təchizatı yaxşılaşacaq.

"Ümumilikdə, bu dəyişikliklər 33 mindən çox insanı əhatə edəcək. Tədbirlər planına əsasən, tikinti-quraşdırma işlərinin aprelin əvvəlində başa çatdırılması planlaşdırılır", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti